"Kəpəz" "Qarabağ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı xal itirmələrinin səbəbini bu cür izah edib:
"Hər ikimiz qalib gələ bilərdik. Komandanın qarşısına qoyulan məqsəd "Qarabağ"ın mərkəz xəttini yarmaq idi. Bunu qismən bacardlıq. "Qarabağ"a hücum etmək bir qədər dəlisovluq olar. Buna baxmayaraq futbolçular qorxub, əsmədi. Hesabda önə keçdik və ikinci qolu axtarmağa başladıq. Uğurlar arzulayıram. "Qarabağ"ın əvəzetmələri sürəti artırmağa başladı. Hamısı gəncdilər, oynayırdılar. Fiziki durumla bağlı problem yoxdu. Sadəcə yorğunluq var idi. Meydança topun getməsinə imkan verirdi. Dünən güclü yağış olub. Oyunun sonunda problemlər yaranmışdı. Dario, Ebah topla oynamağı sevir". (Sport7.az)
Fanat.Az