"Qarabağ" üçün tanış hakim gəlir

"Qarabağ" üçün tanış hakim gəlir

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Slovan" matçının hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA görüşü isveçrəli hakimlər briqadasına tapşırıb.

Oyunu Stefan Klossner idarə edəcək. Ona Rafael Zeder və Yan-Yives Viçt yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yohannes Voqel yerinə yetirəcək. Alan Bieri və Saşa Amhof isə matça əlavə köməkçi hakimlər kimi təyinat alıb.

Qarşılaşmanın UEFA nümayəndəsi moldovalı Vladimir Antonov olacaq. Hakimlərini işinə isə bolqarıstanlı hakim-inspektor Pavel Kolev qiymət verəcək.

Matçın baş hakimi Stefan Klossner "Qarabağ"a tanış simadı. İsveçrəli referinin təmsilçimizlə avrokuboklarda bir dəfə yolu kəsişib.

 

Bu, 2013-cü ilin avqust ayının 8-nə təsadüf edib. Klossner həmin vaxt “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində “Gefle” ilə səfər qarşılaşmasını idarə edib. Qurban Qurbanovun yetirmələrinin 2:0 hesabı ilə qələbə qazandıqları görüşdə referi əlini cibinə atmayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər