"Qarabağ" Suraxanıda, "Fiorentina" mərkəzi arenada

"Qarabağ" Suraxanıda, "Fiorentina" mərkəzi arenada

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Fiorentina” (İtaliya) matçının oyunöncəsi məşqlərinin və mətbuat konfranslarının vaxtı bəlli olub.

Fanat.Az xəbər verir ki, matçdan bir gün əvvəl – dekabrın 7-də baş tutacaq mətbuat konfransında jurnalistlər önünə ilk olaraq Qurban Qurbanov çıxacaq.   O, 17:30-dan etibarən KİV nümayəndələrinin suallarını cavablandıracaq. Bundan yarım saat sonra isə təmsilçimiz ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqə çıxacaq. 

Saat 19:30-da qonaqların çalışdırıcısı Paulo Souza mətbuat konfransı keçiriləcək. 20:00-da isə “bənövşəyilər” son hazırlığa start verəcəklər. 

“Qarabağ”ın məşq və konfransı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda, “Fiorentina”nınkı isə qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq.  

Qeyd edək ki, oyun dekabrın 8-də keçiriləcək və saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər