"Qarabağ" növbəti transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, Ağdam klubu heyətini qapıçı ilə gücləndirib.
Belə ki, "Qarabağ" serb Boyan Şaranovla müqavilə imzalayıb. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Boyan Şaronov karyerasını Belqradın OFK klubunda başlayıb (2004-2011). 2006-2008-ci illərdə Serbiyanın "Makva", "Bejaniya" və Çernoqoriyanın "Rudar" klublarına icarəyə verilən qolkiper 2011-2014-cü illərdə Hayfa "Makkabi"sinin formasını geyinib. Ötən il Yunanıstanın "Erqotelis" klubuna keçən Boyan bu ilin əvvəlində "Partizan"a transfer olunub. 2015/16 mövsümünün ikinci yarısında Belqrad klubunda 15 oyuna çıxan qapıçı cari mövsümdə Serbiya Super Liqasında 6, Avropa Liqasında 2 oyun keçirib.
Serbiyanın U-21 yığmasında çıxış etmiş qapıçı 2009-cu ildə Avropa çempionatının iştirakçısı olub. 2001-ci ildən sonra A milliyə çağılıran Boyan həmin ilin 3 iyununda Cənubi Koreya ilə yoxlama matçının start heyətində yer alıb.
"Transfermarkt" 28 yaşlı qapıçıya 600 min avro qiymət qoyub.

Fanat.Az