"Qarabağ" "Tofiq Bəhramov"da oynamayacaq

"Qarabağ" "Tofiq Bəhramov"da oynamayacaq

"Qarabağ" Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək. Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edən çalışdırcı açıqlamasında bildirib ki, ilk oyunadək arenanın ot örtüyü hazır olmayacaq. Buna görə də matç ya "Dalğa Arena"da, ya da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki ilk oyununu Çexiyanın "Slovan" klubuna qarşı keçirəcək. Matç sentyabrın 15-də baş tutacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər