"Qarabağ" - "Fiorentina" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Fiorentina" matçının biletləri satışa çıxarılır

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Fiorentina” (İtaliya) matçının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Fanat.Az xəbər verir ki, sabahdan etibarən biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10 və 20 manat arasında dəyişəcək.

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər