"Qarabağ"ın "Fiorentina" ilə tarixi oyununa 2 gün qalır. Cümə axşamı baş tutacaq qarşılaşmanın biletləri dünəndən etibarən Tofiq Bəhramov adına Respublika stadionunda satışa çıxarılıb.
Bəs azarkeşlərin oyuna marağı necədi? Ötən gün nə qədər bilet satılıb? Bununla bağlı Fanat.Az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirdi ki, azarkeşlərin oyuna marağı böyükdü. Klub rəsmisinin sözlərinə görə, ötən axşama qədər 7 min bilet satılıb.
Oyuna hələ iki günün qaldığını və Azərbaycan azarkeşlərinin əsas oyun saatında kassalara üz tutduğunu nəzərə alsaq, "Fiorentina" ilə matçda anşlaq olacağını deyə bilərik.
Fanat.Az