"Qarabağ" qalib gəldi, Kipri qabaqladıq

"Qarabağ" qalib gəldi, Kipri qabaqladıq

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın Yunanıstan PAOK-u üzərində qazandığı qələbə (2:0) ölkəmizin UEFA reytinqinə də müsbət təsir göstərib. Fanat.Az xəbər verir ki, bu zəfər hesabımızın 0.500 xal zənginləşməsinə səbəb olub.

Bununla da əmsallarının cəmini 17.250-yə çatdıran Azərbaycan 1 pillə irəliləyərək Kipri qabaqlayıb. Hazırda 25-ci yerdə olan ölkəmiz adalıları 0.200 xal qabaqlayır. Bizdən 1 addım öndə olan İsrailin isə aktivindəki xalların cəmi 17.875-ə bərabərdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər