"Qarabağ" ispan baş məşqçi gətirir

"Qarabağ" ispan baş məşqçi gətirir

"Qarabağ"ın 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq. 

Fanat.Az xəbər verir ki, bu, İspaniyanın "Urakan" klubunun idman direktoru vəzifəsində çalışmış Pablo Ximenesdir.

Ximenes sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, xarici peşəkar klubdan təklif aldığı üçün 6 aydır çalışdığı komandadan ayrılır. 

Qeyd edək ki, Pablo Ximenes "Urakan"da gənclərdən ibarət komandaların koordinasiyasına cavabdehlik daşıyıb. (report)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər