Azərbaycan çempionu “Qarabağ” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun komandası Buxarest “Styaua”sı ilə qarşılaşıb.
Rumıniya çempionatında 21 turdan sonra 40 xal toplayan “Styaua” qış fasiləsinə II pillədə yollanıb. Laurentiu Regekampfın çalışdırdığı komanda lider “Vitorul”dan 2 xal geri qalır.
Əsası 1947-ci ildə qoyulan “Styaua” bu il iyunun 7-də 70 yaşını qeyd edəcək. Buxarestlilər rekord sayda - 26 dəfə Rumıniya çempionu adını qazanıblar. 14 dəfə ölkə çempionatının gümüş medallarını qazanan “Styaua” 22 dəfə Rumıniya kuboku, 6 dəfə isə Superkubokun qalibi olub. “Qarabağ”ın rəqibi bu yarışlarda da rekord göstəricilərə imza atıb. "Styaua" 1986-cı ildə Çempionlar Kubokunun (Çempionlar Liqası) qalibi olub, 3 il sonra turnirdə final oynayıb. Rumınlar 1986-cı ildə Avropa Superkubokuna sahib çıxıb.
Görüş ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Dino Ndlovu və Muarrem Muarrem vurub.
Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın “Şkenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlmişdi.
18 yanvar
Qarabağ - Styaua 2:0
Qollar: Dino Ndlovu, 26. Muarem Muarem, 59.
Qarabağ: Şahruddin Məhəmmədəliyev (İbrahim Şehiç, 46), Bədavi Hüseynov,(Elgün Uluxanov, 70), Rəşad Sadıqov (Elvin Yunuszadə, 15), Maksim Medvedev (İlqar Qurbanov, 70), Ansi Aqolli (Arif Daşdəmirov, 70), Qara Qarayev (Riçard Almeyda, 70), Rahid Əmirquliyev (Muarem Muarem, 55), Mişel ( Eltun Turabov, 70), Ağabala Ramazanov (Əfran İsmayılov, 55), Dino Ndlovu (Mahir Mədətov, 70), Dani Kintana (Vüqar Nadirov, 70).
Fanat.Az