"Qarabağ" Elşənlə nə qədər müqavilə imzalayacaq?

"Qarabağ" Elşənlə nə qədər müqavilə imzalayacaq?

"Qarabağ" qış fasiləsində ilk transferini gerçəkləşdirib. 

Klubdan verilən məlumata görə, mövsümün startından "Neftçi"də çıxış edən yarımmüdafiəçi Elşən Abdullayev bundan sonra "Qarabağ"ın uğurları üçün çalışacaq. 

22 yaşlı futbolçu ilə 1.5 illik razılaşma əldə olunub. Tərəflərin həftə ərzində münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, Elşən Abdullayevin "Neftçi" ilə olan müqaviləsi başa çatıb və yeni klubuna azad agent kimi cəlb olunub.("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər