"Qarabağ" daha bir qapıçısını itirdi

"Qarabağ" daha bir qapıçısını itirdi

Emil Balayevi icarəyə verən "Qarabağ" daha bir qapıçısının xidmətindən məhrum olub. Fanat.Az xəbər verir ki, İbrahim Şehiç sıradan çıxıb.

Bosniyalı qolkiperin çiynində ağrılar var. Bu səbəbdən bu gün Albaniyanın "Şkenderbeu" klubu ilə yoxlama oyununu buraxacaq Şehiç iki gün məşqlərdən kənarda qalacaq.

Qeyd edək ki, hazırda Qurban Qurbanovun sərəncamında iki qapıçı var. Baş məşqçi albanlarla oyunda Boyan Şaranov və Şahrudin Məhəmmədəliyevin xidmətindən yararlanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər