"Qarabağ" barədə artıq müəyyən məlumata malikik"

"Qarabağ" barədə artıq müəyyən məlumata malikik"

“Avropa Liqasında hədəfimiz addım-addım irəliləmək olacaq. Bu turnirdə iştirak bizim gənc futbolçularımıza stimul ola bilər”. 

Fanat.Az xəbər verir ki, bunu “Fiorentina”nın idman direktoru Panteleo Korvino deyib.

Klub rəsmisi Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparacaq komandasının bu turnirdəki hədəflərindən danışıb. Yerli mətbuata açıqlama verən Korvino rəqiblər barədə də fikir bildirib.

İdman direktoru təmsilçimiz barədə məlumat topladıqlarını da əlavə edib: “Bizi 3 güclü rəqiblə oyunlar gözləyir. Təbii ki, PAOK-un daha təhlükəli rəqib olduğunu düşünürəm. “Slovan”da Milan Baroş kimi futbolçu çıxış edir. Bu da onların gücündən xəbər verir. Hesab edirəm ki, ən çətin səfərimiz Azərbaycana olacaq. Çünki ora xeyli uzaqdır ki, bu, futbolçularda yorğunluq yarada bilər. Həmin səfəri maraqla gözləyirik. Ancaq biz bu ölkələrə gəzməyə yox, oynamağa yollanacağıq. PAOK və “Slovan” kimi, “Qarabağ” barədə də artıq müəyyən qədər məlumata malikik”.

Qeyd edək ki, “Qarabağ” J qrupunda “Fiorentina”, “Slovan” və PAOK-la mübarizə aparacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər