"Qarabağ" - AZAL matçının başlama saatı açıqlandı

"Qarabağ" - AZAL matçının başlama saatı açıqlandı

Premyer Liqanın IV turunda "Qarabağ" AZAL-ı qəbul edəcək. 

Fanat.Az xəbər verir ki, qarşılaşma Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək. Sentyabrın 9-u baş tutacaq matç saat 18.30-da start götürəcək.

Qeyd edək ki, hazırda "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün “Qarabağ” rəqibini "Əlincə Arena"da qəbul edəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər