"Qarabağ" 180 dəqiqə futbol oynayacaq

"Qarabağ" 180 dəqiqə futbol oynayacaq

Hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" bu gün daha 2 yoxlama matçı keçirəcək. 

Fanat.Az xəbər verir ki, komandanın ilk rəqibi Qazaxıstan "Atırau"su olacaq. Bu matçın təri soyumamış ağdamlılar ikinci görüşünü keçirəcək. Rəqib isə Polşa təmsilçisi "Termalika" olacaq.

Qazaxlarla görüş saat 16.30-da baş tutacaqsa, polşalılarla oyunun start fiti 18.30-da səslənəcək. Hər iki qarşılaşma "Qarabağ"ın "Youtub" kanalı vasitəsilə canlı yayımlanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər