"Qalatasaray"ın sabiq üzvü "Qarabağ"dan danışdı

"Qalatasaray"ın sabiq üzvü "Qarabağ"dan danışdı

Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq Çexiyanın "Slovan" klubunun futbolçusu Milan Baroş oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, "Qalatasaray"ın sabiq futbolçusu bunları deyib: 

Rəqib komandanın bütün oyununa diqqət edirik. "Qarabağ"ı analiz etmişik və çalışacağıq ki, öz oyunumuzu oynayaq. Rəqibin taktikasına qarşı öz oyunumuzu nümayiş etdirməliyik. "Kapitanımızın yoxluğu hiss ediləcək. Ancaq komanda olaraq oyunu yüksək səviyyədə keçirməyə çalışacağıq. Zədə hər kəsin başına gələ bilər.

Sonuncu dəfə “Qalatasaray”la UEFA yarışının qrup mərhələsində oynamışam. Uzun müddət sonra yenidən burada oynayacağıma görə şadam. Hələlik özümü gənc və güclü hiss edirəm. Mövsüm ərzində 35 oyunda meydana çıxmasam da, 100 faiz hazıram".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər