"Milan"ın ulduzu karyerasını La Liqada davam etdirəcək

"Milan"ın ulduzu karyerasını La Liqada davam etdirəcək

"Milan"ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını İspaniya liqasında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, fransalı "Sevilya"ya keçib.

Əndəlüs klubunun mətbuat xidmətinin məlumatına görə, tərəflər cari mövsümün sonuna qədər qüvvədə olan icarə müqaviləsi imzalayıblar. Müqavilədə alış seçimi ilə bağlı bənd də var.

Ötən mövsüm 36 oyunda iştirak edən dayaq yarımmüdafiəçisi 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

La Liqanın üç turundan sonra "Sevilya" 6 xalla turnir cədvəlində 6-cı pilləsindədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər