"Mançester Yunayted"in ulduzu Qarabağdan danışdı

"Mançester Yunayted"in ulduzu Qarabağdan danışdı

"Mançester Yunayted"in erməni futbolçusu Henrix Mxitaryan Qarabağ müharibəsindən danışıb. Fanat.Az xəbər verir ki, erməni futbolçu BBC-yə müsahibəsində bu mövzuya toxunub: 

“Ermənistanda böyümək, irəli getmək çox çətin idi, çünki o zaman qonşularımızla çoxlu problemimiz var idi. Bizdə müharibə gedirdi. Vəziyyət mürəkkəb idi. Ölkədən getməzdən əvvəl əsgərliyə yollanmalıydım. 20 yaşım olanda xidmət etməyə getdim. Mənə yalnız bundan sonra ölkədən getməyə icazə verdilər".

2009-cu ildə Mxitaryan öncə Donetsk "Metallurq”una, ardından "Şaxtyor”a, ordan da Dortmund "Borussiya”sına keçdi. Ermənistan yığmasının futbolçusu keçən ilin yayından "Mançester Yunayted"in formasını geyinir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər