"Mançester Yunayted"dən 34 milyonluq ulduz həmləsi

"Mançester Yunayted"dən 34 milyonluq ulduz həmləsi

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted" sol cinah müdafiəsindəki problemi kökündən həll etmək üçün böyük transfer əməliyyatına başlayıb.

Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Almaniya millisinin və "Leypsiq"in ulduz müdafiəçisi David Raumun keçidini ciddi şəkildə nəzərdən keçirir.

Mançester təmsilçisi daha əvvəl "Nyukasl Yunayted"dən Luis Hallı transfer etmək istəsə də, bu danışıqlar uğursuzluqla nəticələnib.

Bu uğursuzluqdan sonra rəhbərlik dərhal alternativi tapıb və Raumu heyətə qatmaq qərarına gəlib. Almaniyalı ulduz futbolçunun transferi üçün İngiltərə klubunun təxminən 34 milyon funt-sterlinq) büdcə ayırmağa hazır olduğu vurğulanır. Müqavilənin detallarını həll etmək üçün yaxın günlərdə klublar arasında rəsmi görüşlərin keçiriləcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər