“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Alehandro Balde ilə maraqlanır. Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb. Məlumata görə, İngiltərə klubu yeni sol cinah müdafiəçisi axtarışındadır və Baldeni mümkün variantlardan biri kimi nəzərdən keçirir. “Mançester Yunayted”in futbolçunun agenti Jorge Mendes ilə Baldenin mümkün transferi barədə danışıqlar apardığı bildirilir. Lakin transferin qarşısındakı əsas maneə maliyyə məsələsidir. Baldenin transfer haqqı və maaşı “Mançester Yunayted” üçün yüksəkdir. Klubun futbolçunu icarəyə götürmək variantına üstünlük verdiyi qeyd olunur. “Barselona”nın isə 22 yaşlı müdafiəçini satmaq üçün təxminən 40,9 milyon avro tələb etdiyi bildirilir. Əlisahib İbrahimli
"Mançester Yunayted" onu istəyir
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:46
24.11.2026
Saliba "Sabah"a qarşı oynamayacaq
Azərbaycan futbolu
16:51
24.11.2026
Yusif Nəbiyev turun mərkəzi qarşılaşmasında komandasına kömək edəcəkmi? - Açıqlandı
Azərbaycan futbolu
16:33
24.11.2026
Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursuna start verildi
Azərbaycan futbolu
16:14
24.11.2026
"Meydana qalib gəlmək üçün çıxacağıq, maksimum dərəcədə mübarizə aparacağıq" - Rakif Əliyev