“Mançester Yunayted” “Kristal Pelas”ın müdafiəçisi Tyrik Mitçellə maraqlanır. Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider” yayıb. Mənbənin məlumatına görə, Mançester klubu 27 yaşlı sol cinah müdafiəçisini yaxından izləyir. Klubun futbolçunu uzunmüddətli perspektivdə müdafiənin sol cinahını gücləndirmək üçün mümkün namizədlərdən biri kimi nəzərdən keçirdiyi bildirilir. Mitçellin “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. London klubu futbolçunu komandada saxlamaq üçün yeni sözləşmə imzalamağa çalışır. “Mançester Yunayted” Mitçellin Premyer Liqadakı təcrübəsini də nəzərə alır. “Liverpul”un da ingiltərəli futbolçu ilə maraqlandığı bildirilir. Mitçell bu mövsüm “Kristal Pelas”ın əsas futbolçularından biridir. Onun müqavilə vəziyyəti isə qış transfer pəncərəsində mümkün keçid ehtimalını gündəmə gətirir. Əlisahib İbrahimli
"Mançester Yunayted" müdafiəni gücləndirməyi planlaşdırır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:48
10.10.2026
MPL: "Zirə" - "Şamaxı" matçında ilk hissə başa çatdı - YENİLƏNİR
Azərbaycan futbolu
17:22
10.10.2026
1-ci Liqa: "Gəncəbasar" "Baku Sportinq"ə qalib gəldi
Azərbaycan futbolu
15:47
10.10.2026
MPL: "Zirə" - "Şamaxı" oyununda heyətlər bilindi, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
15:05
10.10.2026
“O dünyanın ən yaxşısı deyilsə də, elə olacaq” - Hansi Flik