"Mançester Yunayted" Lisandro Martinesə yeni müqavilə təklif etməyə hazırlaşır

"Mançester Yunayted" Lisandro Martinesə yeni müqavilə təklif etməyə hazırlaşır

İngiltərənin "Mançester Yunayted" klubu müdafiəçisi Lisandro Martineslə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" argentinalı futbolçu zədələrdən uzaq qalacağı və uğurlu çıxışını sürdürəcəyi təqdirdə ona yeni müqavilə təklif edəcək.

Klub rəhbərliyi ilk növbədə onun mövcud sözləşməsindəki 1 illik uzatmanı aktivləşdirməyi planlaşdırır.

Yanvar transfer pəncərəsində digər klubların da 28 yaşlı müdafiəçi ilə maraqlanacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər