"Mançester Yunayted" klubunun ümumi borcu milyardı keçdi

"Mançester Yunayted"  klubunun ümumi borcu milyardı keçdi

İngiltərə Premyer Liqasının köklü təmsilçisi "Mançester Yunayted" maliyyə böhranı ilə üz-üzə qalmağa davam edir. Fanat.Az xəbər verir ki, klubun ümumi borcu şok həddə çataraq 1.15 milyard funt-sterlinq təşkil edib. Tarixi borclar, kredit xətti və transferlərə görə hələ də ödənilməli olan külli miqdarda vəsait klubun maliyyə yükünü daha da ağırlaşdırıb. Məşhur insayderlərin yaydığı bu rəqəmlər klub azarkeşlərini və rəhbərliyi ciddi şəkildə narahat edən əsas mövzuya çevrilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər