"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

"Mançester Yunayted" yay transfer pəncərəsində "Nottingem Forest"in futbolçusu Elliot Andersonun baha başa gəlməsindən sonra diqqətini Fransa Liqa 1-ə yönəldib.

Fanat.Az "FootMercato"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Lans"ın 23 yaşlı yarımmüdafiəçisi Mamadu Sanqarenin transferi üçün rəsmi təklif hazırlayır.

Klub rəhbərliyi onu daha baha-başa gələn variantlara alternativ hesab edir.

"Lans" isə oyunçuya 40 milyon avro qiymət qoysa da, Avropadan gələn ciddi maraq səbəbindən bu məbləğin daha da yüksələcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər