"Mançester Siti" Ndiayeni gətirir

"Mançester Siti" Ndiayeni gətirir

“Mançester Siti” “Everton”un seneqallı vingeri İliman Ndiayenin transferi ilə bağlı razılığa gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.

Mançester təmsilçisi 26 yaşlı futbolçu üçün 60 milyon funt-sterlinq ödəyəcək. Müqavilədə əlavə olaraq 5 milyon funt-sterlinq bonusların da yer aldığı bildirilir.

Ndiayenin keçidi “Mançester Siti”nin “Liverpul”dan Kodi Qakponu transfer etmək cəhdinin nəticəsiz qalmasından sonra gündəmə gəlib.

İlimanın tibbi müayinədən keçdikdən sonra “Mançester Siti” ilə müqavilə imzalaması gözlənilir.

Seneqallı futbolçu 2024-cü ildə “Marsel”dən “Everton”a keçib. O, ötən mövsüm Premyer Liqada 6 qola imza atıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər