"Liverpul" 18 yaşlı hücumçu ilə anlaşdı

"Liverpul" 18 yaşlı hücumçu ilə anlaşdı

"Liverpul" fransalı forvard Cilian Nqessanı heyətinə qatır.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.

Mersisayd təmsilçisi 18 yaşlı hücumçunun keçidi üçün klubu "Sent-Etyen"lə razılığa gəlib. İngiltərə klubu tibbi müayinə üçün icazə alıb. 

Fransalı ön xətt oyunçusu 2027-ci ilin yayında "Liverpul"un formasını geyinəcək.

Gənc hücumçu bu mövsüm 5 matça çıxıb və 1 qol vurub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər