"Hall Siti"nin futbolçusu qəzaya düşdü - SON DURUM

"Hall Siti"nin futbolçusu qəzaya düşdü - SON DURUM

“Hall Siti”nin 27 yaşlı futbolçusu Sorba Tomas məşqə yollanarkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı İngiltərə təmsilçisinin mətbuat xidməti yayıb.

Qəza klubun Kottinqemdə yerləşən məşq bazasının yaxınlığında qeydə alınıb. Tomasın sükanı arxasında olduğu avtomobil aşıb. Verilən məlumata əsasən, yarımmüdafiəçi hadisə nəticəsində xəsarət almayıb və avtomobildən öz imkanları ilə çıxıb.

“Hall Siti” futbolçunun qəzaya uğramış avtomobilinin görüntülərinin sosial mediada yayıldığını da qeyd edib. Klub azarkeşlərə müraciət edərək Tomasın səhhəti ilə bağlı narahatlığa əsas olmadığını bildirib.

Xatırladaq ki, Sorba Tomas sentyabrın 1-də “Stok Siti”dən “Hall Siti”yə transfer olunub. O, yeni klubunun heyətində keçirdiyi 7 qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Hall Siti”nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər