"Fənərbağça"nın iki futbolçusu ilə bağlı araşdırmaya başladı

"Fənərbağça"nın iki futbolçusu ilə bağlı araşdırmaya başladı

UEFA Türkiyənin “Fənərbağça” klubu, həmçinin komandanın futbolçuları Matteo Genduzi və Meyson Qrinvudla bağlı intizam araşdırmasına başlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı İstanbul təmsilçisi yayıb.

İntizam işi “Fənərbağça”nın Fransada “Lion”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra baş verən hadisələrlə əlaqədardır. Qarşılaşmadan sonra Genduzi və Qrinvudun insident zamanı davaya qoşulduqları bildirilib.

Qeyd edək ki, İstanbul klubu səfərdə Fransa təmsilçisini 2:1 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər