"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Niderlandda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu “Ayaks”la müqavilə imzalayıb.

Amrabat Amsterdam klubuna azad agent statusunda qoşulub. Tərəflər arasında 2028-ci ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Təcrübəli oyunçunun son klubu Türkiyənin “Fənərbağça”sı olub. Karyerası ərzində o, “Fiorentina”, “Verona”, “Brügge”, “Feyenoord”, “Utrext”, “Betis” və “Mançester Yunayted”in də formasını geyinib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər