"Fənərbağça" "Mançester Siti"nin ulduzu ilə gücləndi

"Fənərbağça" "Mançester Siti"nin ulduzu ilə gücləndi

Türkiyə Super Liqasının nəhənglərindən olan "Fənərbağça", müdafiə xəttini dünyaca məşhur bir ulduzla gücləndirərək yay transfer pəncərəsinə damğasını vurub.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Siti"nin və Niderland milli komandasının 31 yaşlı təcrübəli mərkəz müdafiəçisi Natan Akeni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində "Çelsi" və "Mançester Siti" kimi nəhənglərdə 6 dəfə Premyer Liqa və 1 dəfə Çempionlar Liqası kubokunu qazanan ulduz müdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər