"Bu futbolumuzun nüfuzuna zərbədi"- "Qarabağ"ın müdafiəçisi

"Bu futbolumuzun nüfuzuna zərbədi"- "Qarabağ"ın müdafiəçisi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan İtaliya – Albaniya oyunu (2:0) insidentlə yadda qalıb. Fanat.Az xəbər verir ki, Belə ki, alban fanatlar meydana yanan maddələr atıb.

 

 

Belədə hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. Albaniya yığmasının futbolçuları azğınlaşmış azarkeşləri sakitləşdirdirib və görüş davam etdirilib.

 

“Qarabağ”ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli insidentlə bağlı ölkəsinin mətbuatına danışıb: “Vəziyyət çox ciddiydi. Oxşar duruma düşmüsənsə, hakimlə ehtiyatlı danışmalısan. Əks halda bu, komandaya baha başa gələ bilər. Belə vəziyyətin yaranmasına çox üzüldüm. Komanda yoldaşlarım kimi, mən də düşünməzdim ki, AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanıb tarix yazan milli belə halla üzləşəcək. Azarkeşlərin davranışı Albaniya futbolunun beynəlxalq arenadakı nüfuzuna zərbədi”.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər