"Arsenal" gənc gürcü ilə anlaşdı

"Arsenal" gənc gürcü ilə anlaşdı

“Arsenal” Gürcüstanın gənc istedadı Andria Bar­tişvilini heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Standard" yayıb.

London təmsilçisi 17 yaşlı hücumameyilli futbolçu ilə ilkin müqavilə razılaşması əldə etdiyini açıqlayıb. Bartişvili 2027-ci ilin iyulunda, 18 yaşı tamam olduqdan sonra “Arsenal”a qoşulacaq.

Hazırda “Kolxeti 1913” klubunun futbolçusu olan Bartişvili “İberiya 1999”da icarə əsasında çıxış edir.

O, cinah hücumçusu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynaya bilir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər