"Araz-Naxçıvan"ın legioneri Türkiyədə əməliyyat olundu

"Araz-Naxçıvan"ın legioneri Türkiyədə əməliyyat olundu

“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən əməliyyata məruz qalıb. Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən “Fulya Acıbadem” xəstəxanasında aparılan cərrahi müdaxilə uğurlu alınıb. Jatoba avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər