"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

Misli Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” klubunun 2025/2026 mövsümü üçün hazırlıq planı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.

Muxtar Respublika təmsilçisi iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yollanacaq. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.

Yoldaşlıq görüşləri üçün rəqiblər və tarixlər hələ müəyyənləşməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər