Misli Premyer Liqasını 3-cü pillədə başa vuran və UEFA Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanan “Araz-Naxçıvan” “bürünc” heyəti qorumaq məqsədi ilə daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.