"Araz-Naxçıvan" yeni baş məşqçi ilə anlaşdı

"Araz-Naxçıvan" yeni baş məşqçi ilə anlaşdı

“Araz-Naxçıvan” futzal klubu qış yeni baş məşqçi ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, son çempion Yevgeni Kukseviçlə anlaşıb.

Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.

O, müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər