"Araz-Naxçıvan" I Liqa klubunun oyunçusunu heyətinə cəlb etdi

"Araz-Naxçıvan" I Liqa klubunun oyunçusunu heyətinə cəlb etdi

"Araz-Naxçıvan" klubu heyətinə yeni oyunçu qatıb.

Fanat.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sənan Ağalarov mövsümün sonunadək komandada çıxış edəcək. O, I Liqada çıxış edən "Qəbələ"dən icarəyə götürülüb.

Qeyd edək ki, 19 yaşlı hücumçu "Qəbələ"nin yetirməsidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər