"Araz-Naxçıvan" klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.
Ötən mövsüm komandanın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb. Müdafiəçi 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, daha öncə baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.