Qonaq komandaya da "qırmızı" göstərən tapıldı - STATİSTİKA

Qonaq komandaya da "qırmızı" göstərən tapıldı - STATİSTİKA

Misli Premyer Liqasında 6 tur geridə qalıb. Keçirilən 35 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 13 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda iş başında olan Əliyar Ağayevin oyun sayı 4-ə çatıb. Beləliklə, FİFA referisi liderliyi ələ alıb. 

Altı turda 3 oyun idarə edən ədalət təmsilçilərinin sayı isə 8-ə çatıb. Söhbət Fərid Hacıyev, Kamal Umudlu, Elçin Məsiyev, Rəvan Həmzəzadə, Cavid Cəlilov, Rauf Cabarov, Rəşad Əhmədov və İnqilab Məmmədovdan gedir. 

Son turda 26 sarı və 1 qırmızı vərəqədən istifadə ediblər. Beləliklə, altı turun yekununda bu rəqəmlər müvafiq olaraq "126" və "4" olub. Əvvəlki turlarda yalnız meydan sahiblərinin 4 oyunçusu meydandan qovulmuşdusa, bu dəfə Rauf Cabarov qonaq komandanın - "Qəbələ"nin futbolçusuna "qırmızı" göstərdi. 

Beləliklə, ümumilikdə vərəqə sayı 130-yə çatıb. Bu da hər oyuna orta hesabla 3,71 vərəqə deməkdir. Hamıdan çox Əliyar Ağayev əlini cibinə atıb. O, 4 oyunda 16-sı sarı, 2-si qırmızı olmaqla, 18 vərəqə göstərib. İkinci sırada 16 "sarı" göstərən Rəşad Əhmədovdur. 

Əliyar Ağayev - 4 oyun

meydan sahibi    8 sarı 2 qırmızı  qonaqlar    8    0 cəmi:    16    2

Elçin Məsiyev - 3 oyun

meydan sahibi    5    0 qonaqlar    6    0 cəmi:    11    0

Kamal Umudlu - 3 oyun

meydan sahibi    5    0 qonaqlar    5    0 cəmi:    10    0

Fərid Hacıyev - 3 oyun

meydan sahibi   6   0  qonaqlar    3    0 cəmi:     9    0

Cavid Cəlilov - 3 oyun

meydan sahibi    2    0 qonaqlar    7    0 cəmi:    9    0

Rəvan Həmzəzadə - 3 oyun

meydan sahibi    4    0 qonaqlar    3    0 cəmi:    7    0

İnqilab Məmmədov -  3 oyun

meydan sahibi  5   0 qonaqlar    7    0 cəmi:    12    0

Rəşad Əhmədov - 3 oyun

meydan sahibi    5    0 qonaqlar    11    0 cəmi:   16    0

Rauf Cabarov -  3 oyun

meydan sahibi    3    0 qonaqlar    3   1 cəmi    6    1

Tural Qurbanov - 2 oyun

meydan sahibi  4    1 qonaqlar    7    0 cəmi:    11    1

Əli Əliyev - 2 oyun

meydan sahibi  3    0 qonaqlar    5    0 cəmi:   8    0

Kamranbəy Rəhimov - 2 oyun

meydan sahibi  4    0 qonaqlar    4    0 cəmi:    8    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  3    0 qonaqlar    0    0 cəmi:    3    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər