“Qarabağ”la oyunu buraxacaq – “Fiorentina”da itki

“Qarabağ”la oyunu buraxacaq – “Fiorentina”da itki

“Fiorentina”nın müdafiəçisi Davide Astori Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”a qarşı oyununu buraxacaq.

Fanat.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ötən bazar günü A seriyasında “Roma”ya qarşı oyunda (1:0) əzələsi dartılan 29 yaşlı müdəfaiəçinin zədəsəni sağaltması bir neçə gün çəkəcək. Onun bu həftə İtaliya çempionatında “Udineze”, gələn həftə (29 sentyabr) isə Avroliqada “Qarabağ”la matçı buraxacağı dəqiqləşib.

Qeyd edək ki, D.Astori İtaliya millisinin də üzvüdür.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər