“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını Fransada davam etdirə bilər.
26 yaşlı futbolçuya “Lill” və “Loryan” klublarından ciddi təklif var.
Bildirilir ki, hazırda müqavilə ilə Hollandiya çempionatında yarışan “Herakles”ə məxsus olan Armenterosun təzminat qiymətinin 1 milyon avrodan artıq olmadığı bildirilir. Onun bu qış transfer pəncərəsi dönəmində Fransa klublarından birinə keçə biləcəyi istisna olunmur.
Xatırladaq ki, Samuel Armenteros 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib.
Fanat.Az