“Qarabağ”ın rəqiblərindən mövsümün ilk qələbəsi

“Qarabağ”ın rəqiblərindən mövsümün ilk qələbəsi

Avropa Liqasın qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan “Fiorentina” və “Slovan” ölkə çempionatında növbəti oyunlarına çıxıblar. 

Fanat.Az İtaliya A seriyasının II turunda “Fiorentina”nı “Kyevo”nu 1:0 hesabı ilə məğlub edib. Mövsümdə ilk qələbəsini qazanan Florentiya klubu hazırda turnir cədvəlində 10-cudu. 

“Slovan” da eynihesabla qalib gəlib. Liberets təmsilçisi V turda səfərdə “Pribram”ı yeganə qolla üstələyib.  Bu, “Slovan”ın cari mövsümdə Çexiya çempionatında ilk qələbəsidi. 

Qeyd edək ki, Yunanıstan Super Liqasının startı təxirə salındığından "Qarabağ"ın digər rəqibi PAOK-un "PAS Giannina" ilə oyunu baş tutmayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər