"Qarabağ"ın rəqibində kapitan dəyişdi

"Qarabağ"ın rəqibində kapitan dəyişdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Cəbəllütariqin "Linkoln" komandasının kapitanı dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Linkoln"da sarğını Bernardu Lopeş daşıyacaq. O, Roy Çipolinanı əvəzləyəcək. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaqlar.

Qeyd edək ki, Ağdam təmsilçisi "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə keçirəcək. Cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər