"Qarabağ"ın rəqibi futbolçusu ilə müqavilənin müddətini uzatdı

"Qarabağ"ın rəqibi futbolçusu ilə müqavilənin müddətini uzatdı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer" klubu futbolçusu Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Tapsoba 2020-ci ildən "Bayer"də çıxış edir. "Qarabağ" bu rəqiblə ilk görüşünü 3-cü turda, oktyabrın 6-da səfərdə keçirəcək. 4-cü turun qarşılaşması isə noyabrın 9-da Bakıda gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər