“Qarabağ”ın rəqibi baş məşqçisini dəyişir

“Qarabağ”ın rəqibi baş məşqçisini dəyişir

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Fiorentina” baş məşqçisini dəyişəcək. Fanat.Az “La Repubblica”ya istinadən xəbər verir ki, İtaliya təmsilçisinin rəhbərliyi mövsümün sonunda Paulu Sozua ilə vidalaşacaq.

Portuqaliyalı mütəxəssisin Stefano Piolini ilə əvəzlənməsi nəzərdə tutulub. 

Qeyd edək ki, “Fiorentina” Avropa Liqasında “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etsə də, “bənövşəyilər”in A seriyasında işləri yaxşı getmir. Komanda 6 xalla 14-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər