“Qarabağ”ın oyununa bilet satışı başladı

“Qarabağ”ın oyununa bilet satışı başladı

Premyer Liqanın 3-cü turunda keçiriləcək “Qarabağ” – “Araz Naxçıvan” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər