"Qarabağ"ın ÇL üçün son sınağı

"Qarabağ"ın ÇL üçün son sınağı

“Qarabağ” bu gün Avstriyada növbəti yoxlama matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasına hazırlıq çərçivəsində son sınaq matçında Bolqarıstanın ÇSKA-sı ilə üz-üzə gələcək. 

Ötən mövsümü Bolqarıstan çempionatında 2-ci yerdə başa vuran Sofiya təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

İyunun 22-dən Tirolda təlim-məşq toplanışında olan “Qarabağ” iyulun 5-də Avstriyadakı hazırlığını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Matç iyulun 11-də keçiriləcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tirolda bundan əvvəl 2 yoxlama matçı keçirib. “Ferensvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, “Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0). 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər