"Qarabağ"ın iki zədəlisi sıraya döndü - Bəs Şahruddinin durumu necədir?

"Qarabağ"ın iki zədəlisi sıraya döndü - Bəs Şahruddinin durumu necədir?

"Qarabağ"ın iki zədəli futbolçusu sıraya dönüb.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bunlar yarımmüdafiəçi Yassin Benzia və müdafiəçi Bədavi Hüseynovdur.

Hər iki futbolçu zədə problemini artıq geridə qoyub və kollektiv çalışmalarda iştirak edir. Yanvarın ortalarında qolu sınan qapıçıya - Şahruddin Məhəmmədəliyevə gəlincə, o, hələ də qapıçılar üçün nəzərdə tutulan məşqlərdə tam şəkildə qatıla bilmir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər