"Qarabağ"ın iki legioneri milliyə dəvət aldı

"Qarabağ"ın iki legioneri milliyə dəvət aldı

"Qarabağ"ın iki legioneri  DÇ-2022-nin seçmə mərhələsi oyunları üçün ölkələrinin milli komandasına dəvət alıblar. 

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisisnin rəsmi saytı məlumat yayıb. 

Marko Veşoviç Monteneqro, Patrik Andrade Kabo-Verde yığmasına çağrılıb. 

30 yaşlı müdafiəçi Veşoviç Cəbəllütariq və Norveçə qarşı, 28 yaşlı yarımmüdafiəçi Andrade Liberiyaya qarşı oyunlar üçün yığmaya cəlb olunublar.

Qeyd edək ki, Monteneqro oktyabrın 8-də Cəbəllütariqin, 3 gün sonra isə Norveçin qonağı olacaq.  Kabo-Verdenin Liberiya ilə oyunlar oktyabrın 7-də və 10-da olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər