"Qarabağ"ın heyətinin ümumi dəyəri açıqlandı - Öz qrupunda sonuncudur

"Qarabağ"ın heyətinin ümumi dəyəri açıqlandı - Öz qrupunda sonuncudur

"Qarabağ" heyətinin dəyərinə görə Avroliqanın H qrupunda sonuncudur.

Fanat.Az "transfermarkt" portalına  istinadən xəbər verir ki, Ağdam klubunun sıralarındakı oyunçuların ümumi dəyəri 15 milyon avro ilə qiymətləndirilir.

Təmsilçimizlə eyni qrupda yer alan "Bayer Leverkuzen" (Almaniya) 446, Molde (Norveç) 27, Hekken (İsveç) 24 milyon avroluq  heyətə malikdir.

AL-in 2023/2024 mövsümündə çıxış edəcək klublar arasında ən bahalı heyət "Liverpul"dadır - 797 milyon avro. Moldova təmsilçisi "Şerif" isə 13 milyon avro ilə sonuncu pillədə yer alıb. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər